İnqilab Quliyev 000°
6 · Claude skill · n8n iş axını

Termindən alətə

Bu terminləri hər layihə meneceri tanıyır, amma onları işləyən alətə çevirməyə az adamın vaxtı olur. Burada hər termin bir alətə çevrilib: yükləyib sınaya və öz layihənizdə istifadə edə biləcəyiniz Claude skill və ya n8n iş axını.

Hər alətdə bir qayda var: süni intellekt təklif edir, qərarı layihə meneceri verir.

Niyə bu terminlər

PMI standartı layihəyə nə verir

Bu terminlərin çoxu PMI standartından, PMBOK® Guide-dan və PMP imtahanından gəlir. Mən bu imtahana hazırlaşıram, alətlər də həmin hazırlıq zamanı yaranıb.

Standartın layihəyə verdiyi ilk şey ortaq dildir. Sponsor, təchizatçı və komanda “risk”, “dəyişiklik sorğusu” və ya “cavabdeh” deyəndə eyni şeyi nəzərdə tutursa, qərarlar görüşlər arasında itmir.

İkincisi vərdişdir: yazmaq, ölçmək, qərarı düşünərək vermək. Risk reyestri, qazanılmış dəyər hesabatı və RACI matrisi bu vərdişin kağız üzərindəki formasıdır. Problemi hələ kiçik ikən göstərirlər.

Alətlər standartın qaydalarını saxlayır, əl ilə köçürmə işini aradan qaldırır. Təkrarlanan hissəni süni intellekt görür, qərarı yenə layihə meneceri verir.

  1. Alət 01 Risk reyestri Görüş qeydlərini verirsiniz, ballarla qiymətləndirilmiş risk reyestri alırsınız. Claude skill · Excel
  2. Alət 02 Status hesabatı Jira məlumatını verirsiniz, bir səhifəlik status hesabatı və hazır məktub alırsınız. Claude skill · HTML hesabat paneli
  3. Alət 03 Dəyişiklik sorğusu Sorğu formadan sponsorun qərarınadək gedir, hər addım qeydə alınır. n8n iş axını · Google Sheets · Gmail
  4. Alət 04 Qazanılmış dəyər Planı, xərcləri və icranı verirsiniz, SPI, CPI və proqnoz alırsınız. Claude skill · Excel
  5. Alət 05 RACI matrisi Başlanğıc görüşünün qeydlərini verirsiniz, yoxlanılmış RACI matrisi alırsınız. Claude skill · Excel
  6. Alət 06 Maraqlı tərəflərin reyestri İnsanlar barədə qeydləri verirsiniz, reyestr və güc / maraq cədvəli alırsınız. Claude skill · Excel