İnqilab Quliyev 000°
Termindən alətə Alət 06 Claude skill

Maraqlı tərəflərin reyestri

Maraqlı tərəflərin reyestri (Stakeholder Register) layihəyə təsir edən və ya layihədən təsirlənən insanların və qrupların siyahısıdır. Hər birinin gücü, marağı və onunla necə işləmək lazım olduğu yazılır.

30 saniyədə

Problem
Kimin vacib olduğunu layihə meneceri bilir, amma bu bilik onun başında qalır. O olmayanda bunu heç kim bilmir.
Alət
Skill qeydlərinizi oxuyur və hər maraqlı tərəf üçün güc, maraq və cəlb olunma səviyyəsi təklif edir. Cədvəldəki yerini skript müəyyən edir.
Nəticə
Siyahını siz təsdiqləyirsiniz. Excel reyestri, güc / maraq cədvəli və cəlb olunma matrisi alırsınız.

Axın

Addımı seçin: orada nə baş verdiyini görəcəksiniz.

Süni intellekt nə edir

Maraqlı tərəfləri tapır, bal və səviyyə, hər biri ilə işləmək üçün bir yol təklif edir.

Siz qərar verirsiniz

Siyahını təsdiqləyir, istənilən balı dəyişirsiniz. Münasibətlərə görə cavabdehlik sizdədir.

Necə əldə etmək olar

stakeholder-register.zip faylını yükləyin və Alət 01 kimi quraşdırın. Sonra layihənizdəki insanlar barədə qeydləri yapışdırın və maraqlı tərəflərin reyestrini istəyin.

Yoxlanılıb

Nümunə qeydlərlə sınaqdan keçirilib: kvadrantlar, fərqlər, cədvəl və cəlb olunma matrisi Excel-in öz nəticəsi ilə tutuşdurulub, daha yüksək hədlə də.

Nə alırsınız

Kvadrant və fərq Excel düsturlarıdır. Güc / maraq cədvəli və cəlb olunma matrisi növbəti vərəqlərdədir.
Nə alırsınız
Project Atlas nümunə layihəsinin maraqlı tərəflər reyestri: doqquz maraqlı tərəf, hər birinin gücü, marağı, kvadrantı, indiki və istənilən cəlb olunma səviyyəsi və fərq; dördü “Yaxından idarə et” kvadrantındadır