İnqilab Quliyev 000°
Termindən alətə Alət 02 Claude skill

Status hesabatı

Status hesabatı (Status Report) layihənin hansı vəziyyətdə olduğunu maraqlı tərəflərə bildirən qısa, müntəzəm hesabatdır. Onun başlığı RAG statusudur: qırmızı (Red), sarı (Amber) və ya yaşıl (Green).

30 saniyədə

Problem
Hər cümə layihə meneceri rəqəmləri Jira-dan hesabata əl ilə köçürür.
Alət
Skill Jira layihəsini oxuyur, bitmiş, gecikən və bloklanmış tapşırıqları sayır, statusu sabit qaydalarla müəyyən edir.
Nəticə
Bir səhifəlik hesabat paneli və göndərilməyə hazır, beş cümləlik məktub.

Axın

Addımı seçin: orada nə baş verdiyini görəcəksiniz.

Süni intellekt nə edir

Başlığı, əsas məqamları və məktubu yazır. Heç bir rəqəmi və ya rəngi özü yazmır.

Siz qərar verirsiniz

Mətni yoxlayır, hədləri təyin edir, məktubu göndərirsiniz.

Üç qayda

QaydaSarıQırmızı
Açıq tapşırıqlarda gecikənlərin payı10 %+20 %+
Bloklanmış açıq tapşırıqlar1+3+
Bu günədək bitməli olanlardan bitənlər80 %-dən az60 %-dən az

Hədləri öz layihənizə görə dəyişə bilərsiniz.

Necə əldə etmək olar

status-report.zip faylını yükləyin və Alət 01 kimi quraşdırın. Jira connector qoşulubsa, layihənin adını yazın. Qoşulmayıbsa, tapşırıqları Jira-dan CSV kimi ixrac edin və faylı əlavə edin.

Yoxlanılıb

Nümunə layihənin Jira-dan ixrac edilmiş CSV faylı ilə sınaqdan keçirilib: rəqəmlər, status, kompüterdə və telefonda görünüş, A4 çapı. Canlı Jira connector ilə iş hələ sınaqdan keçirilməyib.

Nə alırsınız

Hesabat hər həftə eyni görünür, ona görə həftələri yan-yana müqayisə etmək olur. Bir A4 səhifəyə sığır.
Nə alırsınız
Project Atlas nümunə layihəsinin status hesabatı: status Sarıdır, 24 tapşırıqdan 10-u bitib, 2-si gecikir, 2-si bloklanıb; aşağıda statusu müəyyən edən üç qayda