İnqilab Quliyev 000°
Termindən alətə Alət 04 Claude skill

Qazanılmış dəyər

Qazanılmış dəyərin idarə edilməsi (Earned Value Management, EVM) layihəni üç rəqəmlə ölçür: planlaşdırılan iş, görülən iş və bu işin faktiki xərci. SPI işin qrafikə, CPI isə xərcin büdcəyə uyğun gedib-getmədiyini göstərir.

30 saniyədə

Problem
Layihə pulu tam plana uyğun xərcləyib yenə də gecikə bilər. Təkcə xərcə baxanda bu görünmür.
Alət
Skill planı, faktiki xərcləri və hər iş paketinin icra faizini götürür. Bütün EVM göstəricilərini skript hesablayır.
Nəticə
Status, S-əyrisi və yoxlaya biləcəyiniz qısa şərh olan Excel hesabatı.

Axın

Addımı seçin: orada nə baş verdiyini görəcəksiniz.

Süni intellekt nə edir

Fayllarınızı oxuyur, məlumatı iş paketlərinə bölür və nəticəni izah edir. Heç bir göstəricini hesablamır, icra faizini təxmin etmir.

Siz qərar verirsiniz

İcra faizini təsdiqləyir, hədləri təyin edir və nə ediləcəyinə qərar verirsiniz.

Status qaydası

QaydaSarıQırmızı
SPI (qrafik)0,95-dən az0,90-dan az
CPI (xərc)0,95-dən az0,90-dan az

Ümumi status iki göstəricidən pis olanına görə müəyyən edilir. Hədləri faylda dəyişə bilərsiniz.

Necə əldə etmək olar

earned-value.zip faylını yükləyin və Alət 01 kimi quraşdırın. Sonra planı və xərc hesabatını əlavə edin və ya yapışdırın, qazanılmış dəyər hesabatı istəyin.

Yoxlanılıb

Nümunə xərc hesabatı ilə sınaqdan keçirilib: hər göstərici əl ilə hesablanıb və Excel-in öz nəticəsi ilə tutuşdurulub. Başqa status tarixi və başqa hədlərlə də yoxlanılıb.

Nə alırsınız

Hər göstərici Excel düsturudur: xərci və ya status tarixini dəyişsəniz, rəqəmlər özü yenilənir. Claude-un yazdığı şərh isə dəyişmir.
Nə alırsınız
Project Atlas nümunə layihəsinin qazanılmış dəyər hesabatı: status Sarıdır, SPI 0,92, CPI 0,94, 120 000 AZN büdcəyə qarşı 127 988 AZN proqnoz; planlaşdırılan dəyər, qazanılmış dəyər və faktiki xərcin S-əyrisi